Lavrov "Türk axını"ndan danışdı

Lavrov "Türk axını"ndan danışdı
15:01 21 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

""Türk axını" Avropanın enerji təhlükəsizliyini artıracaq və qaz nəqli ilə bağlı problemi həll edəcək".

ANS PRESS-in məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Avropada "Türk axını"na maraq göstərirlər və müzakirələr aparılır.

RF XİN rəhbəri "Cənub axını" ilə bağlı da danışıb. Lavrov qeyd edib ki, bu layihə Avropa Komissiyasının ayrıseçkilik münasibətləri səbəbindən həyata keçirilməyib.

Qeyd edək ki, Rusiya dekabrın əvvəllərində "Cənub axını" qaz kəməri layihəsinin imtina etdiyini açıqlamışdı. Yeni bir qaz layihəsi üzərində çalışan RF yeni qaz xəttini Qara dənizin dibiylə və eləcədə Bolqarıstandan keçəcəyini elan etmişdi.

RF həmin qaz xətti ilə Macarıstan, Avstriya və İtaliyaya və balkan respublikalarına yanacaq çatdıracaq. Bu layihə Türkiyə ilə Rusiyanın birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR