Bin Ladenin oğlu atasının ölüm şəhadətnaməsini istəyibmiş

Bin Ladenin oğlu atasının ölüm şəhadətnaməsini istəyibmiş
20:51 20 İyun 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Üsamə Bin Ladenin oğlu atasının ölüm şəhadətnaməsi üçün ABŞ-a müraciət edibmiş, Wikileaks-in aşkara çıxardığı yeni sənədlərdə deyilir.

Carçı qrupu ABŞ səfirliyinin müvafiq məktubu ilə yanaşı Səudiyyə hökumətinə məxsus olduğu deyilən 60 min rəsmi sənədi öz saytında dərc edib. 9 sentyabr 2011-ci il tarixli məktubda ABŞ-ın baş konsulu Glen Keiser Abdullah Bin Ladenə ölüm şəhadətnaməsini verə bilməyəcəni qeyd edir.

Əl-Qaidə lideri məktubun yazıldığı gündən təqribən 4 ay əvvəl ABŞ hərbçilərinin Pakistanda keçirdiyi əməliyyatında qətlə yetirilmişdir. Keiserin məktubunda ölüm şəhadətnaməsinin heç vaxt verilmədiyi bildirilir: "Bu hərbi əməliyyatlar gedişatında həlak olan şəxslərə aid qaydalara uyğundur”.

Wikileaks artıq dərc etdiyi 60 min sənəd də daxil olmaqla Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə məxsus yarım milyon nüsxədən ibarət yazışmaya malik olduğunu bildirib.

Sənədlərin necə əldə olunması barədə məlumat verilmir. Lakin sızma barədə açıqlamada Yəməndəki Cyber Army qrupunun xaker hücumu qeyd olunur.

Wikileaks 2010-cu ildə ABŞ Dövlət Departamentinə məxsus məxfi yazışmaların dərc edilməsindən sonra məşhurlaşmışdır.
Saytın təsisçisi - Julian Assange - İsveç prokurorluğu tərəfindən zorlama və cinsi təcavüzdə ittiham olunur. O, 2012-ci ildə Ekvadordan sığınacaq alaraq bu ölkənin Londondakı səfirlik binasında yaşayır. Assange ittihamları rədd edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR