Heydər Əliyev adına Sarayda “Bax üçün laylay” proqramı təqdim edilib

Heydər Əliyev adına Sarayda “Bax üçün laylay” proqramı təqdim edilib
20:53 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, Ceyhun Alışov, AZƏRTAC
İyunun 20-də Heydər Əliyev Sarayında İsrail Kibbutz Müasir Rəqs Şirkətinin gənc baletmeysterlərinin ifasında dünya şöhrətli xoreoqraf və qurumun bədii rəhbəri Rami Beerin “Bax üçün laylay” proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Şimali İsrailin beynəlxalq rəqs kəndi sayılan Kibbuts Gaatandan gəlmiş qonaqların səhnə məharətləri geniş tamaşaçı auditoriyası tərəfindən alqışlarla qarşılanıb.
Rami Beer bildirib ki, birinci Avropa Oyunları ərəfəsində səhnədə çıxış etmək üçün Bakıya dəvət edilməyimizdən şərəf duyuruq. O deyib: “Təqdim etdiyimiz proqramda dünya dəyişir, o, dağılır və yenidən qurulur. Nəsillər yetişir. Nəsillər məhv olur. Lakin laylalar musiqi kimi əbədi yaşayır”.
Qeyd edək ki, Kibbutz Müasir Rəqs Şirkəti 1970-ci ildə Yehudit Arnon tərəfindən təsis edilib və dünyanın aparıcı müasir rəqs şirkəti kimi tanınır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_adina_Sarayda_Bax_uchun_laylay_proqrami_teqdim_edilib-865757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR