x
Loading...
.

Qadınlar arşında su polosu yarışlarının qalibi Rusiya millisi olub

Qadınlar arşında su polosu yarışlarının qalibi Rusiya millisi olub
21:03 20 İyun 2015
34 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 20 iyun, P.İmanova, T.Abdullayeva, AZƏRTAC
İyunun 20-də "Bakı-2015" birinci Avropa Oyunlarında su polosu üzrə qadınlardan ibarət komandaların yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışda qızıl medalı Rusiya komandası qazanıb. Birinci yer uğrunda mübarizə aparan Rusiya və İspaniya yığmalarının görüşü gərgin idman mübarizəsi şəraitində keçib. Görüşün əsas vaxtı 10:10 hesabı ilə başa çatdığı üçün qapılara zərbələr təyin olunub. Zərbələri dəqiq yerinə yetirən Rusiya komandası 17:16 hesabı ilə İspaniya millisinə qalib gəlib.
Bürünc medal uğrunda mübarizə aparan Yunanıstan və İtaliya komandalarının qarşılaşması isə yunanların xeyrinə başa çatıb. Yunanıstan yığması 8:7 hesabı ilə İtaliya kollektivi üzərində qələbə qazanaraq bürünc medala sahib olublar.
Yarışda digər yerləri ardıcıl olaraq İtaliya, Macarıstan, Niderland, Almaniya, Slovakiya, Serbiya, Fransa, Böyük Britaniya və İsrail komandaları tutub.


























Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qadinlar_arsinda_su_polosu_yarislarinin_qalibi_Rusiya_millisi_olub-865761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR