Dieqo Simeone oğlunu "Atletiko"ya gətirir

Dieqo Simeone oğlunu "Atletiko"ya gətirir
22:06 20 İyun 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

“River Pleyt”ın hücumçusu Covanni Simeone Avropa klublarının maraq dairəsinə düşüb.

ANS PRESS-in məlumatına görə, 19 yaşlı argentinalı futbolçunu “Atletiko”, “Palermo” və “Rayo Valyekano” klubları heyətinə qatmaq istəyir.

Futbolçunun atasının başçılıq etdiyi Madrid “Atletiko”suna keçəcəyi real görünür.

Qeyd edək ki, Dieqo Simeonenin oğlu qışda gənclər arasında keçirilən Amerika Kubokunda Argentina yığmasının heyətində 9 qol vuraraq turnirin bombardiri olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR