Səfir: "Avstriyalı idmançının ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”

Səfir: "Avstriyalı idmançının ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”
21:17 20 İyun 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 11-də Bakıdakı Avropa Oyunlarının Atletlər Kəndindəki qəza nəticəsində yaralanmış avstriyalı idmanı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlər yalandır. 

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov bildirib.
 
"Mən dünən də, bu gün də xəstəxanada olmuşam və onun həkimləri ilə danışmışam. V.Sahinoviçin vəziyyəti sabitdir və səhhətində heç bir dəyişiklik yoxdur. Bəzi mətbuat orqanlarının bu xəbəri haradan aldığını bilmirəm, amma bu əsassız və yalan xəbərdir" - deyə səfir qeyd edib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/351674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR