Masallıda ikinci böyük bulvar salınır (VİDEO)

Masallıda ikinci böyük bulvar salınır (VİDEO)
22:41 20 İyun 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

Cənub bölgəsində Astaradan sonra ikinci Park bulvar Masallı şəhərində salınır.

ANS TV-nin məlumatına görə, bu dəfə bulvar Xəzər Dənizinin yox, Viləşçayın sahilində salənacaq. Masallıda bulvar üçün inşaat işlərinə ötən ilin oktyabr ayından start verilib. Hələlik əsas iş Viləşçayın məcrasında gedir. İlk növbədə ərazinin sel və daşqın sularından qorunması məqsədilə beton bənd salınması işləri həyata keçirilir.

Masallı İH-nin şöbə müdiri Abbas Mikayılov deyir ki, 750 kv.m ərazidə beton bəndlərin salınması işləri nəzərdə tutulub. Bu işlər yekunlaşdıqdan sonra həmin ərazidə umumi sahəsi 7 hektarlıq ərazidə Park bulvar kompleksinin salınması nəzərdə tutulmuşdur.
Park bulvarda əhalinin istirahəti üçün hər cür şərait yaradılacaq. Belə ki, parkda fəvvarələr quraşdırılacaq, yaşıllıq zolaqları, idman meydançaları salınacaq və çayın üzərində asma körpülər inşa ediləcək. Uşaqların istirahəti üçün atraksionlar, əyləncə mərkəzləri, kafe-çayxana da nəzərdə tutulub.

İşlər bu sürətlə davam etsə, növbəti yay mövsümündə Masallılar da öz Park bulvarlarında istirahət edə biləcəklər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=352138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR