Daha bir şirkət Əmrahdan imtina etdi

Daha bir şirkət Əmrahdan imtina etdi
22:46 20 İyun 2015
90 Şou
Ölkə mətbuatı
A- A+

"Star TV"də yeni mövsümdə seriala çəkiləcəyi deyilən müğənni-aktyor Əmrahın üzünə "Pastel Film" şirkəti də qapılarını bağlayıb.

Axşam.az-ın "acunn.com"a istinadən xəbərinə görə, bundan əvvəl "Unutamadım" adlı seriala çəkiləcəyini deyən sənətçi prodüser Faruk Turqutla dalaşmış və layihə təxirə düşmüşdü.

Telekanal rəhbərliyi "Pastel Film" şirkətindən Əmrah üçün serial çəkmələrini istəyib. Prodakşının rəhbəri Yaşar İrvül aktyorun problemli biri olduğunu deyərək, onunla çalışmaqdan imtina edib.

Qeyd edək ki, prodüser Faruk Turqut münasibətinin pis olduğu sənətçinin ssenariyə müdaxilələri və istəkləri üzündən serialın çəkilişlərini dayandırdığını bildirmişdi.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR