Qadın hansı hallarda oruc tutmaqdan azaddır?

Qadın hansı hallarda oruc tutmaqdan azaddır?
22:47 20 İyun 2015
184 Digər
Ölkə mətbuatı
A- A+

Qadın hansı hallarda oruc tutmaqdan azaddır? Tutmadığı orucların qəzası varmı?

Milli.Az islam.az-a istinadən bildirir ki, kişi ilə qadın üçün ümumi olan hökmlərdən əlavə, qadın daha üç halda oruc tutmaqdan azaddır. Birincisi, qadın heyzlidirsə və ya nifas (zahı) vəziyyətindədirsə, orucdan azaddır. İslam.az-ın məlumatına əsasən, sübh azanına kimi pak olsa, oruc tutmalıdır. Sübh azanından sonra pak olsa, o günün orucu batildir. İkincisi, əgər qadın hamilədirsə, oruc tutmaq onun özünün və bətnindəki körpənin sağlamlığına ziyandırsa, orucdan azaddır. Üçüncüsü, əgər qadının südəmər körpəsi varsa və oruc tutmaqla südü azalırsa, körpə də bundan əziyyət çəkirsə, bu halda da oruc tutmaqdan azaddır. Lakin hamiləliyə ziyan olmadığı və südü azalmadığı halda, orucunu tutmalıdır. Hər bir halda, oruc tutmazsa, sonradan günə-gün hesabı ilə qəza etməlidir, kəffarə də lazım deyil.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR