Paytaxtda, məktəbin önündə biabırçılıq - VİDEO

Paytaxtda, məktəbin önündə biabırçılıq - VİDEO
15:05 21 Yanvar 2015
206 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin avtobusu əks istiqamətli hərəkət zolağına çıxmaqla qəza şəraiti yaradıb
Trend-in təqdim etdiyi videokadrlardan göründüyü kimi, 88 saylı xətt avtobusu ötmə əməliyyatını yerinə yetirərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Avtobus əks istiqamətli hərəkət zolağına çıxaraq sürətlə hərəkət edir və qəza şəraiti yaradır. Özünün, sərnişinlərin, eləcə də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atan sürücü avtobusu onunla qarşı-qarşı gələn minik avtomobili ilə toqquşmadan son anda yayındıra bilir və heç nə olmamış kimi hərəkətinə davam edir.

Qeyd edək ki, hadisə Bakının Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində, Bakı Tennis Akademiyasının və 248 nömrəli orta məktəbin qarşısında baş verib.

Trend həmin hadisənin videogörüntüsünü təqdim edərək bir daha sürücüləri və piyadaları yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Xatırladaq ki, ötən il Bakıda avtobusların iştirakı ilə 48 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR