Ancelina Coli Ərdoğanla kürdlərdən danışdı

Ancelina Coli Ərdoğanla kürdlərdən danışdı
22:57 20 İyun 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur Hollivud ulduzu ilə Ancelina Coli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

Milli.Az axar.az-a istinadən bildirir ki, Mardində Dünya Qaçqınları Günü münasibəti ilə keçirilən tədbirdə Coli Ərdoğanla müzakirə aparıb. Görüşdə BMT-nin qaçqınlar üzrə komitəsinin rəhbəri Antonio Quetteres də iştirak edib. 
 
Mardində suriyalı və yezidi qaçqınların məsələsi müzakirə predmeti olub. Suriya müharibəsinə görə 4 ildə minlərlə insan yurd-yuvasından didərgin düşüb. Beynəlxalq terror təşkilatı Suriya və İraqı bombardman etməklə bir sıra əraziləri işğal edib. Ərdoğan hökuməti "İslam dövləti"nə Əsəd rejiminə görə dolayısı ilə dəstək verməkdə ittiham olunur. 
 
A.Coli son illərdə ictimai fəaliyyətlə məşğul olur.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR