Youtube-da Məhəmməd peyğəmbərin karikaturaları yayıldı

Youtube-da Məhəmməd peyğəmbərin karikaturaları yayıldı
22:12 20 İyun 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Hollandiyada Azadlıq partiyasının lideri Geert Vilders İslam dininə, əsasən də Məhəmməd peyğəmbərə (s.a.s) qarşı karikaturaları Youtube-da yayıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, karikaturaların məhz müsəlmanların mübarək Ramazan ayında yayınlanması isə kəskin etirazlara səbəb olub.

Youtube-un isə karikaturaları senzuradan asanlıqla keçirməsi etirazları bir az da alovlandırıb. Vilders bəyan edib ki, karikaturalar iyunun 24-də yerli telekanallardan birində canlı yayımlnacaq. Karikaturalardan ibarət videonun əvvəlində siyasətçi qısa olaraq açıqlama verir. O, islam dininin əleyhinə çıxışlar edir.

Vilders videonu televiziyada yayımlanması üçün telekanallaedan biri ilə danışıqlar apardığını və iyunun 24-də efirə veriləcəyini bildirib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR