Qaliblərə medalları Mehriban Əliyeva təqdim edib - fotolar

Qaliblərə medalları Mehriban Əliyeva təqdim edib -  fotolar
23:41 20 İyun 2015
129 Şou
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında idman gimnastikası yarışlarının final mərhələsi keçirilib.

Axşam.az-ın məlumatına görə, Azərbaycan idmançısı Oleq Stepko kişilərin gimnastika atı üzrə yarışlarında gümüş, dayaqla tullanma yarışlarında bürünc və paralel qollarda hərəkətlər üzrə yarışda isə qızıl medal qazanıb.

Beləliklə, Azərbaycan milli komandasının hesabında 14 qızıl, 6 gümüş və 13 bürünc medal var.

İdman gimnastikası üzrə mübarizənin gedişini prezident İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva izləyiblər.

Qalib idmançılara mükafatları Mehriban Əliyeva təqdim edib.

Sonra qalib idmançının şərəfinə dövlət himni səslənib. (AzərTac)















Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR