Göz təzyiqi olanların nəzərinə: QLAUKOMA...

Göz təzyiqi olanların nəzərinə: QLAUKOMA...
23:42 20 İyun 2015
1079 Maraqlı
Ölkə mətbuatı
A- A+

Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik qlaukoma adlanır. Xalq arasında göz təzyiqi və ya qarasu olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluqla nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Bəs göz təzyiqi necə yaranır?

Milli.Az lent.az-a istinadən bildirir ki, gözün içərisindəki maye gözün normal fəaliyyəti üçün lazımdır. Maye daim gözdə hasil olunur və daha sonra oradan axıb gedir. Mayenin gözdən axması prosesi pozulduqda, maye gözdə artıq miqdarda yığılmağa başlayır. Nəticədə maye gözün divarına daha güclü təzyiq etməyə başlayır ki, bu, müxtəlif göz xəstəliklərinin və pozulmaların inkişafına yol açır. Göz təzyiqi sağlam gözlərdə də var. Lakin bu zaman bu göz təzyiqi patoloji deyil, fiziolojidir. Göz təzyiqinin daimi artması isə qlaukoma xəstəliyinin göstəricisidir. 
 
Müalicəsi mümkün olan qlaukoma daha çox 50 yaşdan yuxarı adamlarda olur. Yaşı 40-ı  keçənlər, ailəsində qlaukoma olan, yüksək təzyiq, şəkər və damar xəstəliyi olanlar, uzun müddət kortizon müalicəsi alanlar daha çox risk altındadır. 
 
Qalıcı fəsadları ola bilər
 
Göz təzyiqi gizli irəlilədiyi üçün görmədə zəiflik elə də hiss olunmur. İllərlə gizli irəlilədiyi üçün göz sinirini tamamilə məhv edə bilər.
 
Görmə gün getdikcə azala bilər. Gözdə ağrı, bulanıq görmə, qızartı, rəngli halqalar görmə, mədə bulantısı və qusma halları yaşanır. Görmə sinirlərində fəsad yaradan qlaukoma korluğa yol açır.
 
Göz təzyiqi olanların 50 yaşdan etibarən mütəmadi müayinə edilməsi tövsiyə edilir.
 
Müalicəsi üçün ilk əvvəl dərman müalicəsi təyin edilir. Dərman müalicəsinin faydası görülməzsə, cərrahi əməliyyata ehtiyac duyula bilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/351591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR