x
Loading...
.

Suya tullanma yarışlarının üçüncü günündə britaniyalı və almaniyalı atletlər uğur qazanıblar

Suya tullanma yarışlarının üçüncü günündə britaniyalı və almaniyalı atletlər uğur qazanıblar
22:48 20 İyun 2015
52 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də birinci Avropa Oyunlarında idmançılar üç metr hündürlüyündə tramplindən tək və sinxron tullanma üzrə mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, kişilər arasında üç metrlik tramplindən suya tullanma yarışında mübarizə aparan 32 idmançıdan 12-si finala vəsiqə qazanıb. Təmsilçimiz Artyom Danilov 1-ci nömrə altında çıxış edib. Atletimiz 441.15 balla 17-ci pillədə qərarlaşaraq mübarizəni dayandırıb.
Kişilər arasında yarışın finalında ən yaxşı nəticə göstərən Ceyms Hitli (541.65) birinci Avropa Oyunlarının çempionu olub. İtaliya təmsilçisi Ruslan Adriano Kristofori (523.30) gümüş, rusiyalı İlya Malçanov (520.35) isə bürünc medallara layiq görülüb.
Qadınlar arasında üç metr hündürlüyündə tramplindən sinxron tullanma üzrə final mərhələsində də maraqlı idman mübarizəsi aparılıb. Yarışda Ukrayna, Böyük Britaniya, İtaliya, Polşa, Xorvatiya, Almaniya, İsveçrə, Rusiya, Avstriya, Belarus idmançıları məharətlərini göstəriblər.
Yarışın qalibi alman atletlər Luiza Stavçinski və Saskia Oettinqhaus (284.07) cütlüyü olub. Gümüş medalı rusiyalı idmançılar Yelena Çernıx və Mariya Polyakova (276.90), bürünc medalı isə ukraynalı atletlər Diana Şelestyuk və Marqarita Cusova (264.87) qazanıblar.
Birinci Avropa Oyunlarında suya tullanma yarışlarına iyunun 21-də yekun vurulacaq.




















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Suya_tullanma_yarislarinin_uchuncu_gununde_britaniyali_ve_almaniyali_atletler_ugur_qazaniblar-865776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR