5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı rəsmi açıqlama

5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı rəsmi açıqlama
23:56 20 İyun 2015
985 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi (FHN) iyunun 20-də Qaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qax şəhəri, Qax-Şəki yolunun 5-ci kilometrliyində vətəndaşlara məxsus minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Niva” markalı minik avtomobilinin sərnişinləri 1991-ci il təvəllüdlü Əjdər Paşa oğlu Liftiyev və 1993-cü il təvəllüdlü Anar İftixar oğlu Zəminli, “Mercedes” makralı minik avtomobilinin sürücüsü Samir Teymur oğlu Məcidov və sərnişin 1986-ci il təvəllüdlü Pərvin Kamil oğlu Tosov hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobillərdən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:51-də başa çatıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=352119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR