Bakı-2015: I Avropa Oyunlarında kişi voleybolçuların yarışı davam edib

Bakı-2015: I Avropa Oyunlarında kişi voleybolçuların yarışı davam edib
23:57 20 İyun 2015
92 İdman
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 23:54 ]

Bakı-APA. Bakı-2015 I Avropa Oyunlarında kişi voleybolçuların yarışı davam edib.

Apasport.az saytının məlumatına görə, Bakı Kristal Zalında keçirilən turnirin IV turunda Azərbaycan yığması Polşa ilə qarşılaşıb. Bu matçadək xal qazana bilməyən Bülənt Karslıoğlunun yetirmələri uğursuz çıxışını liderlə matçda da davam etdirib. Belə ki, rəqibinə heç bir setdə müqavimət göstərə bilməyən yığmamız 0:3 hesabı ilə uduzaraq, 1/4 final şanslarını rəsmən itirib.

 

Yığmamız kimi qrupumuzun digər autsayderi də son turun nəticəsindən asılı olmayaraq, mərhələ adlaya bilməyəcək. A qrupunda çıxış edən digər 4 komanda – Polşa, Fransa, Serbiya və Türkiyə isə 1/4 finala vəsiqəni təmin edib. B qrupunda Rusiyanın ardından Bolqarıstan da növbəti mərhələyə yüksəlib. Almaniya da İtaliya ilə matçda qalib gələrək qrupdan çıxmağı dəqiqləşdirib.

 

Qeyd edək ki, kişi voleybolçuların yarışında sonuncu tur iyunun 22-də keçiriləcək.

 

Voleybol

Kişilər, IV tur

 

A qrupu

Fransa – Türkiyə - 3:0 (25:23, 25:19, 25:16)

Serbiya – Finlandiya - 3:0 (25:16, 28:26, 25:20)

Polşa – Azərbaycan – 3:0 (25:14, 25:13, 25:17)

 

1.

Polşa

4

4

0

12-6

389-350

10

2.

Fransa

4

3

1

11-3

328-279

10

3.

Serbiya

4

2

2

9-6

328-316

8

4.

Türkiyə

4

2

2

8-7

336-311

7

5.

Finlandiya

4

1

3

3-11

283-328

2

6.

Azərbaycan

4

0

4

2-12

253-333

1

  

B qrupu

Slovakiya – Belçika - 3:1 (25:22, 19:25, 25:21, 25:9)

Rusiya – Bolqarıstan - 1:3 (22:25, 25:23, 23:25, 17:25)

Almaniya – İtaliya - 3:0 (25:18, 25:22, 27:25)

 

1.

Rusiya

4

3

1

10-5

356-322

9

2.

Bolqarıstan

4

3

1

9-7

370-356

8

3.

Almaniya

4

3

1

10-3

316-276

9

4.

Slovakiya

4

2

2

7-8

328-352

6

5.

Belçika

4

1

3

6-11

337-386

3

6.

İtaliya

4

0

4

4-12

359-374

1

 

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR