Kişilər arasında voleybol yarışlarında dördüncü turun oyunları başa çatıb

Kişilər arasında voleybol yarışlarında dördüncü turun oyunları başa çatıb
22:58 20 İyun 2015
132 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də “Bakı-2015” birinci Avropa Oyunlarında kişi voleybolçuların yarışında dördüncü turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən günün ilk qarşılaşmasında “A” qrupunda mübarizə aparan Fransa və Türkiyə voleybolçuları qarşılaşıblar. Fransızlar görüşdə 3:0 (25:23, 25:19 və 25:16) hesabı ilə qalib gəliblər. Qrupun digər oyununda isə Serbiya yığması çətinlik çəkmədən Finlandiya millisi üzərində qələbə qazanıb – 3:0 (25:16, 28:26, 25:20). “A” qrupunda mübarizə aparan Azərbaycan voleybolçuları Polşa millisi ilə görüşdə məğlub olub – 0:3 (14:25, 13:25 və 17:25).
Kişilərin mübarizəsinin “B” qrupunda isə Slovakiya komandası Belçika üzərində 3:1 (25:22, 19:25, 25:21 və 25:19) hesablı qələbəyə sevinib. Qrupun digər oyununda isə Rusiya millisi Bolqarıstana məğlub olub – 1:3 (22:25, 25:18, 23:25 və 17:25). Günün sonuncu qarşılaşmasında isə Almaniya voleybolçuları italiyalı rəqiblərini 3:0 (25:18, 25:22 və 27:25) hesabı ilə məğlub ediblər.
Birinci Avropa Oyunlarının voleybol yarışlarında kişilər arasında mübarizənin qrup mərhələsinə iyunun 22-də yekun vurulacaq.
















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kisiler_arasinda_voleybol_yarislarinda_dorduncu_turun_oyunlari_basa_chatib-865779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR