"Qarabağ" yağışa düşdü - FOTOLAR

"Qarabağ" yağışa düşdü -   FOTOLAR
00:42 21 İyun 2015
80 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Avstriyada təlim-məşq toplanşını davam etdirir. Fanat.az xəbər verir ki, Kössen qəsəbəsindəki 2-ci gün yenə yağmurlu başlayıb.

Artıq 2 gündü Alp dağlarının yamaclarında yağışların davam edir. Yağışların ara verməməsi komandanın səhər məşqini trenajor zalında keçməsinə səbəb olub. İkinci məşq yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə 22.00) start götürdü. Hazırlıq prosesi 1 saat 30 dəqiqə davam edib. Məlum səbəblərdən tam heyətlə çalışa bilməyən komanda toplu çalışmalar edib.

Bu arada Dani Kintana və Ansi Aqollinin ardından daha 2 legioner komandanın düşərgəsinə qoşulub. Braziliyalılar - Riçard Almeyda və Reynaldo Silva səhər saatlarında komandanın məskunlaşdığı otelə gəlib. Cənubi amerikalılar axşam yüngül məşqlə kifayətlənib.

Fanat.az








Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-yaa-dudu-t41798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR