XİN-dən sərt addım

XİN-dən sərt addım
15:11 21 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistin qanunsuz olaraq Dağlıq Qarabağa səfər etməsi ilə bağlı məsələni şərh edib.

ANS PRESS-in XİN-ə istinadla verdiyi məlumata görə, Hikmət Hacıyev qeyd edir ki, "azadlıqradiosu.az" ünvanda fəaliyyət göstərən internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş xəbərdə “Azadlıq Radiosunun”nun əməkdaşı kimi təqdim olunan Margot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada foto çəkilişlər aparması barəsində xəbər verilib.

XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının rəsmi icazəsi olmadan “Azadlıq Radiosunun”nun öz əməkdaşını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında qanununun pozulmasıdır.

H.Hacıyevin fikrincə, Azadlıq radiosunun bu cür qərəzli davranışı eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir:

"Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün problemləri və Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız ilə əlaqədar məsələlərə daim laqeyd və etinasız münasibəti ilə fərqlənən “Azadlıq Radiosu” bu fotolar vasitəsilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edir və azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə toxunur", deyə XİN rəsmisi bildirib.

H.Hacıyebin sözlərinə görə, müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra qeyd olunan şəxs “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR