Bakı-2015: Daha 5 boksçumuzun 1/8 final sınağı

Bakı-2015:  Daha 5 boksçumuzun 1/8 final sınağı
00:24 21 İyun 2015
71 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-2015 Avropa Oyunlarında boks yarışlarının 1/8 final mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, 1/4 finala gedən yolda daha 5 çəkidə döyüşlər baş tutacaq.

 

Bunun 4-də kişi, 1-də qadın boksçular mübarizə aparacaqlar. Azərbaycan yığmasının üzvləri bu gün keçiriləcək bütün çəki dərəcələrində rinqə çıxacaq.

 

 

Boks

21 iyun

 

Kişilər

64 kq

1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran Lorenzo Sotomayor bu dəfə moldovalı Dmitri Qalaqotu sınağa çəkəcək. Kuba əsilli boksçumuzla Avropa çempionatının mükafatçısının görüşü saat 20:30-a təsadüf edəcək.

 

69 kq

Mübarizəyə bu gündən qoşulacaq Pərviz Bağırovu 1/8 finalda ciddi sınaq gözləyir. 21 yaşlı boksçumuz əvvəlki döyüşündə Anas Messaudini məğlub edən London-2012-nin iştirakçısı olmuş moldovalı Vasili Belusla qarşılaşacaq. Avropa çempionumuz rinqə saat 14:15-də çıxacaq.

 

75 kq

Bu çəkidə Azərbaycanı təmsil edəcək Xaybula Musalov ilk qarşılaşmasını fransız Kristian Haller-Assomo Mbilliyə qarşı keçirəcək. 1/16 finalda moldovalı Avropa üçüncüsü Viktor Çarapçevşiyə qalib gələn 20 yaşlı idmançı ilə döyüş saat 21:00-da olacaq.

 

91 kq

Azərbaycan boksçusu Abdulqadir Abdullayev macarıstanlı Adam Hamori ilə gücünü yoxlayacaq. Təmsilçimiz 1/16 finalda slovakiyalı Erik Tlkaneçi mübarizədən kənarlaşdıran rəqiblə saat 15:30-da döyüşəcək.

 

 

Qadınlar

60 kq

Qadın boksçularımızdan Yana Alekseyevna 1/8 finalda kifayət qədər təcrübəli finlandiyalı Mira Potkonenlə üz-üzə gələcək. 27 yaşlı idmançımız özündən 7 yaş böyük olan rəqiblə saat 13:30-da münasibətinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov,  (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR