x
Loading...

ŞOK! Avropa Oyunlarında qızıl medala ümidimiz zədələndi

ŞOK! Avropa Oyunlarında qızıl medala ümidimiz zədələndi
00:51 21 İyun 2015
182 İdman
Ölkə mətbuatı
A- A+
.

Avropa Oyunlarında dünən keçirilən boks yarışlarında qızıl medallara namizəd 2 idmançımız zədə alıb. ANS PRESS-in məlumatına görə, bu haqda boks üzrə milli komandamızın baş məşqçisi Nəriman Abdullayev bildirib.

O bildirib ki, Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov son döyüşlərində qaşından zərbə alıblar. Bunlardan Məhəmmədrəsul Məcidovun zədəsi daha ciddidir. O, 1-ci raundda gürcüstanlı Mixail Baxtidzenin qaydaları pozaraq baş zərbəsi endirməsindən özünü sığortalaya bilməyib. Hətta buna görə Məcidov Polşadan olan baş hakim Mariuş Qorniyə kəskin şəkildə öz etirazını bildirib.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov iyunun 22-də türkiyəli Ali Dəmirəzənlə qarşılaşacaq. Həmin vaxta kimi dağıstanlı idmançının qaydasında olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR