Türk müğənni Azərbaycandan təklif olunan astronomik məbləği rədd etdi

Türk müğənni Azərbaycandan təklif olunan astronomik məbləği rədd etdi
20:56 25 Dekabr 2014
120 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Demet Akalın Azərbaycanda Yeni il gecəsi konsertində çıxış etmək üçün ona edilən astronomik məbləğdə qonorar təklifini rədd edib.

Bunu müğənni özü açıqlayıb. O, təklifin kimdən daxil olduğunu deməyib.

Demet Akalın bildirib ki, Azərbaycandan gələn 400 min lirə (təqribən 190 min dollar) qonorar təklifini 11 aylıq qızı Hiraya görə rədd edib.

O, İstanbulda qalıb Yeni il gecəsində 200 min türk lirəsi qonorara oxumağı daha üstün tutub.

“Dünya bir yana, qızım bir yana. Əvvəllər tez-tez xaricdə çıxış etməyə gedirdim. İndi qızım Hiradan ayrı qala bilmərəm. Qızımı özümlə götürməyə də razı deyiləm, çünki yolda özünü narahat hiss edir. Üstəlik nəzərdən qorxuram, o üzdən qızımı insan içinə çıxarmaq istəmirəm” -Demet Akalın deyib.

Qeyd edək ki, Azərbaycanın iş adamları və otelləri son illər Yeni il gecəsi konsertlərində, ad günlərində və toylarda çıxış etmək üçün türkiyəli müğənnilərə rekord məbləğlərdə qonorar ödəyir. Ötən il məşhur pop-ulduz Tarkan Qubadakı “Rixos” otelində bir neçə saatlıq çıxış üçün 1 milyon dollar qonorar almışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR