x
Loading...

28 İŞİD-çi məhv edildi

28 İŞİD-çi məhv edildi
04:11 21 İyun 2015
53 Digər
Ölkə mətbuatı
A- A+
.

İraqın Ənbar və Səlahəddin vilayətlərində İŞİD (DAİŞ) terror qruplaşması mövqelərinə hücum təşkil edilib.

ANS PRESS-in məlumatına görə, İraqın təhlükəsizlik mənbələrinin yaydığı xəbərdə Səlahəddinin Bəyci adlanan rayonunda 15, Fəllucə və əl-Kərmədə isə hərbçilər arasında baş verən döyüşlərdə 8 terrorçu məhv edildiyi bildirilir.

Bundan əlavə, Bağdad bələdiyyəsi məclis sədri Malullah əl-Ubeydi Ənbarda ABŞ koalisiyasının hava hücumun nəticəsində 5 İŞİD-çinin öldürüldüyünü söyləyib.

Xatırladaq ki,ötən il iyunun 10-da İŞİD terrorçularının Mosulu ələ keçirməsilə başlayan döyüşlər, hələ də İraqın başqa şəhərlərində davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352174

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR