"Mançester Siti"dən iki futbolçuya 100 milyon avro

"Mançester Siti"dən iki futbolçuya 100 milyon avro
05:44 21 İyun 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Mançester Siti" transfer çalışmalarına başlayıb.

 

Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, Mançester təmsilçisi "Arsenal"dan Cek Uilşir və "Liverpul"dan Rahim Sterlinqi transfer etmək istəyir.

 

"Şəhərlilər" hər iki futbolçu üçün ümumilikdə 100 milyon avro xərcləməyə hazırdır. "Mançester Siti" Uilşir üçün 40 milyon avro, Sterlinqə görə 60 milyon avro təklif etmək niyyətindədir. "Arsenal" və "Liverpul"un bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.

 

Qeyd edək ki, Sterlinq ötən mövsüm "Liverpul"da keçirdiyi 35 oyunda 7 qol vurub. Uilşir isə "Arsenal"da keçirdiyi 14 görüşdə 2 qola imza atıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR