Mark Zukerberqdən təqdirəlayiq addım

Mark Zukerberqdən təqdirəlayiq addım
05:01 21 İyun 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

"Facebook" sosial şəbəkəsinin direktoru Mark Zukerberq "TheDream.US" fonduna 5 milyon dollar ianə edib.

ANS PRESS-in məlumatına görə, adıçəkilən fond ABŞ-a qanunsuz gəlmiş tələbələrin Amerika universitetlərində təhsilini maliyyələşdirir. Bu barədə ICTnews xəbər verir.

Hazırda sözügedən fond artıq 80 milyon dollar toplamağa müvəffəq olub.

"Facebook"un direktoru tərəfindən ayrılmış maliyyə yaxın beş ildə San-Fransisko universitetlərində və Kaliforniyanın şimal hissəsində təhsil alan 400 tələbənin təqaüdünə sərf olunacaq. Zukerberq bu hərəkətini ABŞ-ın gələcəyinə investisiya adlandırıb.

"İndiki tələbələrin əksəriyyəti çoxdan ABŞ ərazisinə gəlib. Ancaq onlar zəruri mühacirət sənədlərinə malik olmadığına görə ali təhsil ala bilmir, çünki federal yardım proqramlarına girişdən məhrumdurlar", - o qeyd edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=352164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR