x
Loading...
.

Mətbəx sirləri: Çiyələk dondurması - FOTO

Mətbəx sirləri: Çiyələk dondurması - FOTO
06:05 21 İyun 2015
100 Sosial
Ölkə mətbuatı
A- A+
.

Milli.Az çiyələkli dondurmanın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

2 fincan çiyələk
1 fincan qatıq (yoqurt)
1/4 fincan yağlı qaymaq
6 x.q. şəkər tozu
1 limonun, yaxud laymın şirəsi
1 çimdik darçın

Bütün ərzaqları blenderdə qarışdırın. 

Eynicinsli kütlə alınandan sonra qaba boşaldın. 

Dondurucuda 2 saat saxlayın.

Bu müddətdən sonra onun kənarları donacaq, ortası isə azacıq bərkiyəcək. Kütləni yenidən blenderdə çalıb qaba boşaldın, yenə 2 saat dondurucuda saxlayın. 

Bu mərhələdən sonra dondurma, demək olar ki, hazır olur. Amma daha yaxşı qatılıq üçün onu bir dəfə də çalıb süfrəyə verənədək dondurucuda saxlamaq olar. 

Nuş olsun! 

Resept: vk.com/academy_main

Milli.Az 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/351529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR