Сənubi Koreyada MERS koronovirusuna yoluxanların sayı 169-a çatıb

07:22 21 İyun 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 İyun 2015 07:21 ]


Bakı-APA. İyunun 20-də Сənubi Koreyada daha 3 nəfər MERS (Yaxın Şərq Respirator Sindromu) koronovirusuna yoluxub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, beləliklə ölümcül xəstəliyə yoluxanların sayı 169 nəfərə çatıb.

 

Bundan əvvəl 25 nəfərin öldüyü, 166 nəfərin isə virusa yoluxduğu bildirilirdi. Qeyd edək ki, dünyada MERS koronovirusuna qarşı vaksin hələ ki, mövcud deyil.

 

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, 2015-ci il, iyunun 16-a olan məlumatlara görə dünyada 1321 MERS koronovirusuna yoluxma halı qeydə alınıb, 450 nəfər xəstəlikdən dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR