Dünyanın ən uzun pizzası (FOTO)

Dünyanın ən uzun pizzası (FOTO)
07:36 21 İyun 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyalı aşpazlar hazırladıqları pizzanın dadı ilə yox, həm də ölçüsü ilə də qonaqları cəlb etməyə çalışırlar.

ANS PRESS-in məlumatına görə, italiyalı aşpazlar “Milano Expo”da 1595 metr uzunluğunda pizza hazırlayaraq yeni dünya rekorduna imza atıblar.

Ginnesin rekordlar kitabına daxil olan pizzanın hazırlanmasına 80 nəfər aşpaz, 1700 kiloqram Mozzarela pendiri, 1500 ton pomidor sosu və 150 şüşə əlavə zeytunyağı işlədilib.

“U” şəklində təqdim edilən pizzanın ümumi çəkisinin 5 ton olduğu bildirilir.

Pizzanın 300 metrlik bir hissəsinin yoxsullara paylanacağı düşünülür.

Onu da qeyd edək ki, dünyanın ən böyük pizzası rekordu da italyanlara məxsusdur. İki il əvvəl üumim sahəsi 1208 kvadratmetr olan pizza beş aşpaz tərəfindən hazırlanmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=352180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR