XİN: “Azadlıq Radiosu”nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanunidir

15:18 21 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
“azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən internet saytında yanvarın 5-də verilmiş xəbərdə “Azadlıq Radiosu”nun əməkdaşı kimi təqdim olunan Margot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada foto çəkilişlər aparması barədə xəbər verilir.
Azərbaycan Respublikasının rəsmi icazəsi olmadan “Azadlıq Radiosu”nun öz əməkdaşını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal “Azərbaycan Respublikasının Dövlət Sərhədi” haqqında Qanunun pozulmasıdır.
“Azadlıq Radiosu”nun bu cür qərəzli davranışı Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün problemləri və Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız ilə əlaqədar məsələlərə daim laqeyd və etinasız münasibəti ilə fərqlənən “Azadlıq Radiosu” bu fotolar vasitəsilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə toxunur.
Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra qeyd olunan şəxs “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/XIN_Azadliq_Radiosunun_oz_emekdasini_Azerbaycanin_isgal_olunmus_erazilerine_ezam_etmesi_qeyri_qanunidir-826382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR