Bakı-2015: I Avropa Oyunlarının X günündə 25 dəst medal oynanılacaq

Bakı-2015: I Avropa Oyunlarının X günündə 25 dəst medal oynanılacaq
08:42 21 İyun 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2015 I Avropa Oyunlarının X günündə 13 idman növü üzrə yarışlar keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu gün 25 dəst medal oynanılacaq.
 
Bu da yarışların arxada qalan hissəsi üçün rekord göstəricidir. Ümumilikdə isə yalnız iyunun 27-də daha çox - 27 medal dəsti uğrunda mübarizə gedəcək. Bu gün sahibləri müəyyənləşəcək 25 medal dəsti 10 növə təsadüf edəcək. Qalibləri bəlli olacaq növlərdən 8-də yarışlara yekun vurulacaq.
 
Milli Gimnastika Arenasında 4 növ üzrə yarışlar yekunlaşacaq. Bu idman qurğusundakı son gündə aerobikada 2, akrobatikada 4, bədii gimnastikada 4, batut gimnastikasında 6 dəst medal uğrunda mübarizə yaşanacaq.
 
Komanda idman növləri - su polosu, çimərlik voleybolu, həmçinin velosiped şossesində sonuncu mükafatçılar bəlli olacaq. Suyatullanmada isə son 2 növ üzrə mükafatçılar bəlli olacaq.
 
Hələ davam edəcək kamandan oxatmada 1, atıcılıqda 3 dəst medal oynanılacaq. Boks və voleybol yarışlarında isə növbəti qarşılaşmalar baş tutacaq.
 
21 iyun
 
08:45. Atıcılıq
Kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş
Kişilər arasında dairəvi stend
Kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş
Bakı Atıcılıq Mərkəzi
 
09:00. Kamandan oxatma
Qadınlar, 1/16 final, 1/8 final, 1/4 final, 1/2 final, final
Tofiq Bəhramov adına Respublika stadionu
 
09:00. Suyatullanma
Qadınlar, 3 m tramplin
Kişilər, platforma
Bakı Su İdmanı Mərkəzi
 
09:00. Voleybol
Qadınlar, A qrupu
Belçika - Polşa
Bakı Kristal Zalı
 
10:00. Batut gimnastikası
Kişilər
Qadınlar
Kişilər, sinxron hərəkətlər
Qadınlar, sinxrom hərəkətlər
Milli Gimnastika Arenası
 
10:00. Çimərlik voleybolu
Kişilər
Yarımfinal, 3-cü yer uğrunda oyun, final
Çimərlik Arenası
 
10:00. Şosse velosipedi idmanı
Kişilər, şosse yarışı
 
10:05. Aerobika
Qarışıq cütlük
Final
Milli Gimnastika Arenası
 
11:00. Voleybol
Qadınlar, B qrupu
Hollandiya - Bolqaristan
Bakı Kristal Zalı
 
11:10. Aerobika
Qruplar
Final
Milli Gimnastika Arenası
 
12:30. Boks
1/8 final
Qadınlar, 60 kq
Kişilər, 64 kq, 69 kq, 75 kq, 91 kq
Bakı Kristal Zalı
 
13:00. Su polosu
Kişilər, 7-ci yer uğrunda
Almaniya - Macarıstan
Vaterpol Arenası
 
14:30. Bədii gimnastika
Ayrı-ayrı alətlərlə fərdi yarışlar
Qrup hərəkətləri
Milli Gimnastika Arenası
 
14:30. Su polosu
Kişilər, 5-ci yer uğrunda
Rusiya - İtaliya
Vaterpol Arenası
 
14:30. Voleybol
Qadınlar, A qrupu
İtaliya - Rumıniya
Bakı Kristal Zalı
 
14:35. Akrobatika
Qarışıq cütlük
Temp hərəkətləri
 Final
Milli Gimnastika Arenası
 
16:00. Atletika
Bakı Olimpiya stadionu
 
16:05. Akrobatika
Qadınlar arasında qrup
Balans hərəkətləri
Final
Milli Gimnastika Arenası
 
16:30. Voleybol
Qadınlar, B qrupu
Xorvatiya - Almaniya
Bakı Kristal Zalı
 
17:30. Akrobatika
Qarışıq cütlük
Balans hərəkətləri
Final
Milli Gimnastika Arenası
 
18:00. Su polosu
Kişilər, 3-cü yer uğrunda
Xorvatiya - Yunanıstan
Vaterpol Arenası
 
18:25. Akrobatika
Qadınlar arasında qrup
Temp hərəkətləri
Final
Milli Gimnastika Arenası
 
19:30. Su polosu
Kişilər, 1-ci yer uğrunda
İspaniya - Serbiya
Vaterpol Arenası
 
20:00. Voleybol
Qadınlar, A qrupu
Türkiyə - Azərbaycan
Bakı Kristal Zalı
 
22:00. Voleybol
Qadınlar, B qrupu
Rusiya - Serbiya
Bakı Kristal Zalı

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR