“Bakı-2015”də 10-cu günün yarışları başladı

“Bakı-2015”də 10-cu günün yarışları başladı
09:11 21 İyun 2015
122 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2015" I Avropa Oyunlarının 10-cu günü başlayıb.

ANS PRESS-in məlumatına görə, 10-cu gündə 13 idman növündə 25 dəst medal öz sahibini tapacaq.

Artıq saat 09:00-dan etibarən qadınlar arasında atıcılıq, kamandan oxatma, suyatullanma, voleybol (Belçika – Polşa) və kişilər arasında atıcılıq,suyatullanma oyunları başlayıb.

Bir saat sonra, yəni 10:00-da isə qadınlar arasında batut gimnastikası, çimərlik voleybolu, aerobika və kişilər arasında batut gimnastikası, çimərlik voleybolu, aerobika, şosse velosipedi idmanı yarışları keçiriləcək.

Digər oyunların keçirilmə vaxtları isə belədir:
11:00. Voleybol
Qadınlar, B qrupu
Hollandiya - Bolqaristan
Bakı Kristal Zalı

11:10 Aerobika
Qruplar
Final
Milli Gimnastika Arenası

12:30. Boks
1/8 final
Qadınlar, 60 kq
Kişilər, 64 kq, 69 kq, 75 kq, 91 kq
Bakı Kristal Zalı

13:00. Su polosu
Kişilər, 7-ci yer uğrunda
Almaniya - Macarıstan
Vaterpol Arenası

14:30. Bədii gimnastika
Ayrı-ayrı alətlərlə fərdi yarışlar
Qrup hərəkətləri
Milli Gimnastika Arenası

14:30. Su polosu
Kişilər, 5-ci yer uğrunda
Rusiya - İtaliya
Vaterpol Arenası

14:30. Voleybol
Qadınlar, A qrupu
İtaliya – Rumıniya
Bakı Kristal Zalı

14:35. Akrobatika
Qarışıq cütlük
Temp hərəkətləri
Final
Milli Gimnastika Arenası

16:00. Atletika
Bakı Olimpiya stadionu

16:05. Akrobatika
Qadınlar arasında qrup
Balans hərəkətləri
Final
Milli Gimnastika Arenası

16:30. Voleybol
Qadınlar, B qrupu
Xorvatiya - Almaniya
Bakı Kristal Zalı

17:30. Akrobatika
Qarışıq cütlük
Balans hərəkətləri
Final
Milli Gimnastika Arenası

18:00. Su polosu
Kişilər, 3-cü yer uğrunda
Xorvatiya - Yunanıstan
Vaterpol Arenası

18:25. Akrobatika
Qadınlar arasında qrup
Temp hərəkətləri
Final
Milli Gimnastika Arenası

19:30. Su polosu
Kişilər, 1-ci yer uğrunda
İspaniya - Serbiya
Vaterpol Arenası

20:00. Voleybol
Qadınlar, A qrupu
Türkiyə - Azərbaycan
Bakı Kristal Zalı

22:00. Voleybol
Qadınlar, B qrupu
Rusiya – Serbiya
Bakı Kristal Zalı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR