Fətullah Gülənin ölüm xəbəri yayıldı - FOTO

Fətullah Gülənin ölüm xəbəri yayıldı - FOTO
09:12 21 İyun 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin bir sıra yerli saytları ABŞ-ın Pensilvaniya ştatında yaşayan tanınmış din xadimi Fətullah Gülənin səhhəti barədə xəbərlər yayıblar. 

Anspress-in məlumatına görə, bəzi yerli mənbələr F.Gülənin reanimasiyada olduğunu, bəziləri isə öldüyünü bildirir. 

Bu xəbərlərin yayılmasının əsas mənbəyi türkiyəli tanınmış jurnalist Ömər Adıyamanın tvitter səhifəsində bir neçə gün əvvəl onun reanimasiyada olduğu barədə yazdığı tvitlər olub. 

Türkiyə hökuməti ilə uzlaşa bilməyən din xadiminin üst tənəffüs yolu infeksiyasına tutulduğu da yayılan xəbərlər arasındadır. 

Onu da qeyd edək ki, F.Gülənə yaxın mənbələr də xəbərin doğru olub-olmadığı barədə heç bir açıqlama yaymayıblar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR