x
Loading...
.

Rafael Ağayev: "Deyirlər, 30 yaşın var, idmanı bitir"

Rafael Ağayev: "Deyirlər, 30 yaşın var, idmanı bitir"
08:27 21 İyun 2015
124 İdman
Ölkə mətbuatı
A- A+
.

"2017-ci ildə İslam oyunları bizdədir, orada da iştirak edəcəm".

"Bakı-2015" I Avropa Oyunlarında qızıl medal qazanan idmançı Rafael Ağayev açıqlamalarının birində belə deyib. 

Anspress-in məlumatına görə, karateçi qələbə sevincini bölüşüb:

"Əsas odur ki, vətənimə qızıl medal qazandırdım. Nəticə gözəl oldu. Rəqiblərimin kim olduğunu əvvəlcədən bilirdim. Mənimlə üz-üzə gələn idmançıların ən böyük arzuları Rafaeli udmaq idi, amma alınmadı. İkinci-üçüncü yerləri düşünmürdüm. Ancaq qələbə haqqında fikirləşirdim. Qələbə qazandıqdan sonra idmançı dayanmamalıdır. Məşqlərə başlayıram: qaçmaq, futbol, basketbol. Çox adam deyir ki, 30 yaşın var, zirvəyə qalxmısan, idmanı bitir. Amma mən belə düşünmürəm. Dünyada beş güclü idmançıdan biriyəm. Məni özünə güclü rəqib bilənlər az deyil. Avropa Oyunları ilə mənim işim qurtarmır. 2014-cü il uğursuz oldu. Bu il qızıllarımın sayı artır. 2017-ci ildə İslam oyunları bizdədir, orada da iştirak edəcəm. 2020-ci ildə karate Olimpiyadaya düşərsə, orada yarışacam. Ondan sonra idmana son qoyacam. Hazırda isə mən karatenin Maradonası, brilyantıyam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR