"Bakı-2015": 5 boksçumuz rinqə çıxır - YENİLƏNİR

"Bakı-2015": 5 boksçumuz rinqə çıxır -   YENİLƏNİR
08:42 21 İyun 2015
77 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir. Fanat.az хəbər verir ki, bu gün 1/8 final mərhələsinə yekun vurulacaq. 

1/4 finala gedən yolda daha 5 çəkidə döyüşlər baş tutacaq. Bunun 4-də kişi, 1-də qadın boksçular mübarizə aparacaqlar. Azərbaycan yığmasının üzvləri bu gün keçiriləcək bütün çəki dərəcələrində rinqə çıxacaq.
 
Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.
 
Boks
21 iyun
 
Kişilər
64 kq
1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran Lorenzo Sotomayor bu dəfə moldovalı Dmitri Qalaqotu sınağa çəkəcək. Kuba əsilli boksçumuzla Avropa çempionatının mükafatçısının görüşü saat 20:30-a təsadüf edəcək.
 
69 kq
Mübarizəyə bu gündən qoşulacaq Pərviz Bağırovu 1/8 finalda ciddi sınaq gözləyir. 21 yaşlı boksçumuz əvvəlki döyüşündə Anas Messaudini məğlub edən London-2012-nin iştirakçısı olmuş moldovalı Vasili Belusla qarşılaşacaq. Avropa çempionumuz rinqə saat 14:15-də çıxacaq.
 
75 kq
Bu çəkidə Azərbaycanı təmsil edəcək Xaybula Musalov ilk qarşılaşmasını fransız Kristian Haller-Assomo Mbilliyə qarşı keçirəcək. 1/16 finalda moldovalı Avropa üçüncüsü Viktor Çarapçevşiyə qalib gələn 20 yaşlı idmançı ilə döyüş saat 21:00-da olacaq.
 
91 kq
Azərbaycan boksçusu Abdulqadir Abdullayev macarıstanlı Adam Hamori ilə gücünü yoxlayacaq. Təmsilçimiz 1/16 finalda slovakiyalı Erik Tlkaneçi mübarizədən kənarlaşdıran rəqiblə saat 15:30-da döyüşəcək.
 
Qadınlar
60 kq
Qadın boksçularımızdan Yana Alekseyevna 1/8 finalda kifayət qədər təcrübəli finlandiyalı Mira Potkonenlə üz-üzə gələcək. 27 yaşlı idmançımız özündən 7 yaş böyük olan rəqiblə saat 13:30-da münasibətinə aydınlıq gətirəcək.
 
Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quot-5-bokscumuz-rinq-cxr-t41803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR