"Neftçi" PFK Avstriya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını dünən keçirdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bakı klubu Macarıstanın MTK klubu ilə qarşılaşdı və 0:3 hesabı ilə darmadağın edildi.
Əsası 1888-ci ildə qoyulmuş Budapeşt təmsilçisi 23 dəfə ölkə çempionatının qalibi olub. 12 dəfə Macarıstan Kubokunu əldə etmiş komanda, Kuboklar Kubokunun finalına da yüksəlib. Hazırda rəqibin heyəti 3 futbolçu istisna olmaqla yerli oyunçulardan ibarətdir.
Milli.Az