Andrey Belofastov: Su polosu yarışlarında qələbə komandamız üçün mühüm tarixi hadisədir

Andrey Belofastov: Su polosu yarışlarında qələbə komandamız üçün mühüm tarixi hadisədir
09:48 21 İyun 2015
35 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 iyun, P.İmanova, T.Abdullayeva, AZƏRTAC
Birinci Avropa Oyunları bizim üçün çox çətin, lakin uğurlu və unudulmaz yarış oldu. Biz birinci Avropa Oyunlarının çempionu adını qazandıq və buna layiq idik. Bu qalibiyyət komandamızın həyatında tarixi hadisədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadınlar arasında su polosu yarışlarının qalibi, birinci Avropa Oyunlarının çempionu olan Rusiya yığmasının baş məşqçisi Andrey Belofastov deyib.
Baş məşqçi bildirib ki, bütün yarışlar boyu qızlardan ibarət Rusiya komandası gərgin mübarizə aparıb. Finala qədər yüksələn komandamız sonda qalibiyyət əldə etdi.
A.Belofastov birinci Avropa Oyunlarının yüksək təşkilatçılıq səviyyəsindən çox razı qaldıqlarını vurğulayaraq deyib: “Mən bir neçə il əvvəl də Bakıda olmuşam. Azərbaycanın paytaxtı çox dəyişilib və daha da gözəlləşib. Bakıda bu yarışda iştirak edən avropalı idmançılar üçün hər cür şərait yaradılıb. Mükəmməl idman infrastrukturu formalaşıb”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Andrey_Belofastov_Su_polosu_yarislarinda_qelebe_komandamiz_uchun_muhum_tarixi_hadisedir-865788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR