"Bakı-2015": Marina Durunda üçün 3 medal şansı - YENİLƏNİR

"Bakı-2015": Marina Durunda üçün 3 medal şansı -   YENİLƏNİR
10:07 21 İyun 2015
58 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı-2015" I Avropa Oyunlarında bədii gimnastika yarışları davam edir. Fanat.az хəbər verir ki, bu gün ayrı-ayrı alətlərlə fərdi yarışlarda və qrup hərəkətlərində medalçılar müəyyənləşəcək.

Ayrı-ayrı alətlərlə fərdi yarışlarda ölkəmizi təmsil edəcək Marina Durunda 3 növdə çıxış edəcək - həlqə, top və lent yarışları.

Həlqə yarışları saat 14.30-da başlayacaq. Marina öz məharətini 5-ci göstərəcək.

Top yarışlarına saat 16.05-də start götürəcək. Durunda bu növdə 3-cü çıхış edəcək.

Lent yarışlarına isə saat 18.25-də start veriləcək. Gimnastımız bu yarışda sonuncu çıхış edəcək.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quot-marina-durunda-ucun-3-medal-ans-t41804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR