Bakı 2015: Hansı ölkə medalların sayına görə irəlidədir? (CƏDVƏL)

Bakı 2015: Hansı ölkə medalların sayına görə irəlidədir? (CƏDVƏL)
10:11 21 İyun 2015
1062 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2015 I Avropa Oyunlarının 10-cu gününə 33 medalla start verən Azərbaycan medalların sayına görə ikinci yerdədir. ANS PRESS-in məlumatına görə, idmançılarımız bugünədək 14 qızıl, 6 gümüş, 13 bürünc medal qazanıblar.

Hələki medalların sayına görə Rusiya siyahıya liderlik etməkdə davam edir. İlk Avropa Oyunlarına böyük heyətlə qatılan rusiyalı idmançılar ötən 9 gün ərzində ümumilikdə 59 medala sahibləniblər. Bunlardan 29-u qızıl, 17-si gümüş, 13-ü bürüncdü.

Üçüncü pillədə 26 medalla Almaniya qərarlaşıb. Almanların hesabında 8 qızıl, 9 gümüş, 9 bürünc medal var.

Qardaş ölkə Türkiyənin nəticələri bir qədər məyusedicidir. Oyunların ilk günlərində cədvəlin üst pilləsində yer almağı bacaran türklər getdikcə geriləyirlər. Yarışlarda 5 qızıl, 3 gümüş, 15 bürünc medal qazanmış Türkiyə komandası hazırda siyahının 9-cu pilləsindədir.

Qeyd edək ki, Bakı-2015-in ilk 9 günündə ümumilikdə 377 - 115 qızıl, 115 gümüş, 147 bürünc medalın sahibi müəyyənləşib.

Medalların sayına görə ölkələrin tutduqları mövqenin cədvəlini təqdim edirik:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR