"Bakı-2015": Akrobatlarımız final yarışına başlayır - YENİLƏNİR

"Bakı-2015": Akrobatlarımız final yarışına başlayır -   YENİLƏNİR
10:12 21 İyun 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında akrobatika yarışlarına yekun vurulacaq. Fanat.az хəbər verir ki, 4 növdə medalçılar müəyyənləşəcək.

Qarışıq cütlüklər arasında temp hərəkətləri yarışı saat 14.35-də başlayacaq. Ulyana Dyakova və Anatoli Leonovdan ibarət cütlüyümüz 4-cü sırada mübarizəyə qoşulacaq. Saat 17.30-da isə balans yarışlarına start veriləcək. Cütlüyümüz bu dəfə 1-ci sırada yer alıb.

Qadınlar arasında qrup yarışlarının balns növündə final yarışları saat 16.05-də start götürəcək. Yığmamız mübarizəyə ikinci sırada başlayacaq. Temp yarışlarına isə 18.25-də başlanılacaq. Komandamız bu dəfə öz məharətini birinci sırada göstərəcək.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quot-akrobatlarmz-final-yarna-balayr-t41805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR