Azarkeş: "Gimnastlarımızın medallara sahib çıxması bu idman növünün inkişaf etdiyinin göstəricisidir"

Azarkeş: "Gimnastlarımızın medallara sahib çıxması bu idman növünün inkişaf etdiyinin göstəricisidir"
10:38 21 İyun 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Biz ailəlikcə gimnastika ilə maraqlanırıq və ona görə bu gözəl Milli Gimnastika Arenasında keçirilən yarışları izləyirik". Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları izləməyə gəlmiş gimnastika həvəskarı Tükəzban Allahverdiyeva deyib.

T.Allahverdiyeva bildirib ki, artıq gimnastlarımız qızıl, gümüş və bürünc medallar qazanıb: "Bu, bizi çox sevindirir. Yəni gimnastlarımızın bu qədər güclü gimnastları olan Avropa dövlətləri içərisində yüksək nəticələrə nail olması, əlbəttə ölkəmizdə gimnastikanın yaxşı inkişaf etdiyini göstərir. Bir vətəndaş olaraq bunu görəndə fəxr edirik".

T.Allahverdiyeva bütün bunlara görə dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Çox sağ olsunlar ki, ölkədə bizim övladlarımız üçün belə yaxşı işlər görürlər".

T.Allahverdiyeva birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən də danışıb. O bildirib ki, Avropa Oyunları Azərbaycanın dünyada təbliği üçün böyük rol oynayır:

"Baxın nə qədər xarici qonaqlar gəlib yarışları izləyir. Onlar həm də bura gəlib Azərbaycanın mədəniyyəti, mətbəxi ilə yaxından tanış olurlar. Bütün bunların ölkəmiz üçün böyük faydası var".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR