Musa Musayev qadağan olunmuş "Şəhidlər" mahnısından danışdı - VİDEO

Musa Musayev qadağan olunmuş "Şəhidlər" mahnısından danışdı - VİDEO
15:27 21 Yanvar 2015
165 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Musa Musayev “Şəhidlər” mahnısından danışıb
Milli.Az atvxəbər.az-a istinadən xəbər verir ki, sözləri Mübariz Piriyevə, musiqisi Musa Musayevə aid olan bəstə Sverdlovskda yazılıb: "1990-cı il 19-dan 20-nə keçən gecə  Sverdlovskda idim. Bu hadisəni qəzetlərdən oxudum. Tanklar insanların üstündən keçmişdi. Bu mənzərəni gördüm, oturub, ağladım. Biz sənət adamlarının da mübarizəsi öz sənətimizlə olmalıdır.

"Şəhidlər" o zaman meydana gəldi. 1993-cü ildə bu mahnı ilin mahnısı seçildi. Daha sonra Zeynəb Xanlarova demişdi ki, Musanın bəstələdiyi "Şəhidlər"ə qulaq asanda insanın tükləri ürpəşir. Zeynəb xanım çox bəyənmişdi bu mahnını...".
 
Müğənni M.Musayev bu mahnıya qoyulan qadağa barədə də belə qeyd edib: "Mahnını yazdım, hara müraciət etdim vermədilər. Ruslar hər yeri ələ keçirmişdi. "Şəhidlər" mahnısının yayımına qadağa qoymuşdular. Ulu öndər Heydər Əliyev Azərbaycana gələndən sonra "Şəhidlər" mahnımın yayımına icazə verdilər. Bu gün də xalqımıza, oğlanlarını itirən analara, qardaş itirən bacılara, hər kəsə ailəmlə birlikdə başsağlığı verirəm. Vətən yolunda ölmək şərəflidir. Başın sağ olsun, Azərbaycan".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/320188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR