"Klub karyeramda qazandığım bütün titulları Amerika Kubokuna dəyişərdim"

"Klub karyeramda qazandığım bütün titulları Amerika Kubokuna dəyişərdim"
11:05 21 İyun 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in yarımmüdafiəçisi Anhel Di Maria Amerika Kubokunu qazanmaq istədiyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Argentina millisinin üzvü bu barədə deyib:

"Sözün düzü, klub karyeramda qazandığım bütün titulları Amerika Kubokuna dəyişərdim. Dünya çempionatında titulun bir addımlığında idik. Məncə, milli komandanın forması ilə titul qazanmaqdan xüsusi başqa bir şey yoxdur. Müqayisə etməyə dəyməz. Əlbəttə, klubla əldə olunan uğurlar - Çempionlar Liqası Kuboku da özünəməxsus əhəmiyyət daşıyır. Bilirik ki, bizi 40 milyon argentinalı dəstəkləyir. Bilet ala bilməyən milyonlarla həmvətənimiz bir yer tapıb matçları izləyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR