Rusiyalı azarkeş: "Bakıda Avropa Oyunları münasibətilə hər yerdə bayram əhvali-ruhiyyəsi hiss olunur" (FOTO)

Rusiyalı azarkeş: "Bakıda Avropa Oyunları münasibətilə hər yerdə bayram əhvali-ruhiyyəsi hiss olunur" (FOTO)
11:28 21 İyun 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Maksim Tsurkov/

“Bakıda I Avropa Oyunları münasibətilə hər yerdə bayram əhvali-ruhiyyəsi hiss olunur”.

Bu barədə Trend-ə gimnastika yarışlarını izləyən rusiyalı azarkeş Svetlana Kazak deyib.

S.Kazak Bakıda ilk dəfə olduğunu bildirib: “Bakı tarixi, memarlıq nümunələri ilə çox gözəl şəhərdir. Çox dadlı milli mətbəxiniz var”.

Azarkeş qeyd edib ki, bayram əhvali-ruhiyyəsi hər yerdə hiss olunur: “Şəhərin ab-havası ilə qaynayıb-qarışdığımı hiss edirəm. Bu gün gimnastika yarışlarını izləməyə gəlmişəm. Gözəl idman növüdür, mənim çox xoşuma gəlir. Arena da gözəl və yenidir. Hər şey lazımi qaydadadır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR