x
Loading...

Patrik Hikki: "İkinci Avropa Oyunları üçün 7 namizəd ölkə var"

Patrik Hikki: "İkinci Avropa Oyunları üçün 7 namizəd ölkə var"
10:29 21 İyun 2015
87 İdman
Ölkə mətbuatı
A- A+
.

"I Avropa Oyunları bütün gözləntiləri doğruldub"


"Avropa Oyunlarını 2019-cu ildə keçirmək üçün Niderlandı əvəzləmək istəyən 7 namizəd ölkə var".

 

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.

 

Onun sözlərinə görə, Niderland "Bakı-2015" I Avropa Oyunlarının təntənəli açılış mərasimindən bir neçə gün əvvəl Oyunların çox böyük maliyyə vəsaiti tələb etməsi səbəbindən imtina etdiyini açıqlayıb: "Onun imtina etməsi bu qitə tədbirinin gələcəyinin olmaması ilə bağlı iddiaları artırsa da, I Avropa Oyunları bütün gözləntiləri doğruldub və ikinci mərhələdə bir çox ölkələrin bu Oyunları keçirməsinə marağını artırıb. Bizim əvvəlcə altı namizədimiz var idi. Daha sonra Niderland imtina etdi. Hazırda iki əlavə namizədimiz də var. Ancaq bir müddət heç bir qərar verilməyəcək".

 

P. Hikki əlavə edib ki, ümumilikdə, "Bakı-2015" I Avropa Oyunlarından çox razıdır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR