"Bakı-2015": Azərbaycan günü medalla açdı

I Avropa Oyunlarında kişilərin batut gimnastikasında final mərhələsi keçirilib.

Metbuat.az-ın xəbərinə görə, Azərbaycan günü medalla açıb. Belə ki, təmsilçimiz İlya Qrişunin 58.765 xalla Bakı-2015-in bürünc medalını qazanıb.

Dmitri Uşakov (Rusiya) hamını qabaqlayaraq Avropa Oyunlarının qalibi olub. Belarusdan olan Uladzislau Hançaru isə gümüş medalla kifayətlənib.

Bu, Azərbaycanın Avropa Oyunlarında qazandığı 34-cü medaldı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR