"Növbəti Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var"

"Növbəti Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var"
12:06 21 İyun 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ildə II Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var.

Axşam.az xəbər verir ki, Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.

P.Hikki bildirib ki, əvvəlki 5 namizədlə Oyunların keçirilməsi və təşkilati məsələlər müzakirə edilib:

“Əvvəlcə 6 namizədimiz var idi. Niderlandın imtina etməsindən sonra 5 namizəd ölkə qaldı. Bakıda I Avropa Oyunlarının uğurla keçirilməsi ilə bu ölkələrin sırasına daha iki ölkə qatıldı".

O, qeyd edib:
 
"Beləliklə, indi bizim yaxşı seçim etmək imkanımız olacaq. Ancaq hələlik yekun qərar qəbul edilməyib".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32464

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR