Avtomaşın ehtiyat hissələri satan mağaza yandı

Avtomaşın ehtiyat hissələri satan mağaza yandı
15:37 21 Yanvar 2015
157 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda avtomaşın ehtiyat hissələri satan mağaza içərisindəki mallarla birlikdə yanaraq kül olub. Milli.Az CTV-yə (Region TV-yə ) istinadən bildirir ki, hadisə rayonun Kərgəlan kənd sakini, 48 yaşlı Kamil Rızayevə məxsus mağazada baş verib.

Dərhal hadisə yerinə Lənkəran yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən avtomaşını cəlb olunub. Ümumi sahəsi 120 km olan bir-birinə bitişik iki mağazanın biri tamamilə yanib, digərinin tavan hissəsi qismən yanaraq sıradan çıxıb. Mağazada 30 min manatlıq ehtiyat hissələri olub. Dükan sahibi hadisənin qəsdən törədildiyini düşünür. Hazırda fakt üzrə araşdırmalar aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR