Medal qazanan idmançımız: "Şübhə etmədim ki...."

Medal qazanan idmançımız: "Şübhə etmədim ki...."
11:19 21 İyun 2015
69 İdman
Ölkə mətbuatı
A- A+

Şadam ki, medal qazanmaqla, məşqçilərin və federasiya rəhbərliyinin etimadını doğrultdum”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının bürünc mükafatçısı İlya Qrişunin deyib.

 

Batut gimnastikası üzrə kişilərin fərdi çıxışlarında 3-cü yeri tutan təmsilçimiz sevinc hissini bölüşüb: “Hələlik həyat yoldaşım və uşağımı görməmişəm. Əminəm ki, onlar da çox şad olacaqlar. Anam mənim çıxışımı evdən, televiziya vasitəsilə izlədi. Yəqin ki, bu uğurum onu da sevindirib”.

 

Qrişunin bildirib ki, medalçılar sırasına düşməyi əvvəlcədən qarşısına məqsəd qoyub: “Psixoloji baxımdan yarışa yaxşı hazırlaşmışdım. Nə bacarırdımsa, etdim. Nəticə də özünü çox gözlətmədi. Medal uğrunda əsas rəqibim fransalı idmançı idi. O məni qabaqlamaq üçün çıxışını səhvsiz yerinə yetirilməli idi. Çıxışının sonunda səhv buraxdı və mən də bunu hiss etdim. Bundan sonra şübhə etmədim ki, o mənə qalib gələ bilməyəcək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR