Aygün Kazımova kişi teleaparıcıya: "Get klarnetini çal" - VİDEO

Aygün Kazımova kişi teleaparıcıya: "Get klarnetini çal" - VİDEO
15:37 21 Yanvar 2015
484 Şou
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkədə bir neçə il öncə verilişlərin birində xalq artisti Aygün Kazımovanın aparıcı Kamran Həsənli barəsində söylədiyi kadrlar yayılıb
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kamran Həsənlinin aparıcılıq etdiyi canlı yayıma zəng edən Aygün Kazımova aparıcı barəsində bu sözləri deyib:

"Qonaqlarınızı, musiqiçilərinizi salamlayıram. Kamran, mən hazırda üzümü tutub sənə baxıram, demək istəyirəm ki, sən hər dəfə mövzular edirsən, nəsə demək, sübut etmək istəyirsən. Özü də mənim barəmdə. Hər dəfə sənin başından vururlar. Neçə dəfə verilişini alırlar əlindən,  kimlərinsə yazığı gəlir, yaxşı, bu verilişdən, bu proqramdan da getsə, bu yazıq Kamran harda işləyəcək? Yenə də, Kamran, sənin ağlın başına gəlmir. Mən sənə deyərdim ki, get klarnetini çal".
 
Mövzu ilə bağlı K.Həsənli ilə əlaqə saxladıq. Aparıcı isə mövzudan yayınıb: "Hazırda mən ANS telekanalındayam. Təxminən 1-2 saata işdən çıxacam. Bu barədə sonra danışaram".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/320191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR